İDMAN

Zabit Səmədov Zimmermana qarşı

Azərbaycanın peşəkar kikboksçusu Zabit Səmədov növbəti döyüşünə çıxır.
BAKU.WS-in məlumatına görə, döyüşçümüz hollandiyalı rəqibi Errol Zimmermanla üz-üzə gələcək. Döyüş 23 avqustda baş tutacaq. Qarşıdurma Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Zabit Səmədovun rəqibi Errol Zimmerman indiyədən peşəkar rinqdə 137 döyüş keçirib və bunlardan 111-də qələbə qazanıb. O, heç bir döyüşünü bərabərliklə başa vurmayıb.
Zabit Səmədov isə son olaraq belçikalı rəqibi Fred Sinistranı Türkiyədə məğlub etmişdi.
Paylaş:
Загрузка...