İDMAN

Zidan yeni müqavilə imzaladı: maaşı ikiqat artdı

İspaniyanın «Real Madrid» klubu fransalı baş məşqçisi Zinəddin Zidanla yeni müqavilə imzalayıb.
BAKU.WS-in məlumatına görə, müqaviləyə əsasən Zidan 2020-ci ilə qədər «Kral» klubunda baş məşqçilik edəcək. Bu barədə İspaniyanın nüfuzlu nəşri AS məlumat yayıb.
Yeni anlaşmada Zidanın illik qazancı da təxminən ikiqat artırılıb. Belə ki, indiyədək ildə 4,35 milyon avro qazanan mütəxəssisin qazancı 8 milyon avroya qaldırılıb.
Qeyd edək ki, «Real» 2016-cı ilin qışından Zidanın rəhbərliyi altında qısa müddətdə 2 dəfə Çempionlar Liqasını qazanıb, həmçinin Klublararası dünya çempionatı, UEFA Superkuboku və İspaniya çempionatının qalibi olub.
Paylaş:
Загрузка...