TEXNOLOGİYA

Ən təhlükəli virusların reytinqi

Kibertəhlükəsizlik sahəsindəki mütəxəssislər ən təhlükəli ziyanverici proqram təminatının reytinqini dərc ediblər.

Panorama.Az Lent.az-a  istinadən xəbər verir ki, müvafiq araşdırmanı “Global Threat Impact Index” şirkətinin analitikləri aparıblar.

“Locky” adlanan pul tələb edən virus ziyanverici proqram təminatı reytinqinə başçılıq edir. Pul tələb edən bu virus 11,5 faiz şirkətin kompüterlərinə yoluxub. Ötən ay adıçəkilən virusun hücumlarının sayının artığı qeydə alınıb.

İkinci yeri “RoughTed” ziyanverici proqramı tutub. Pul tələb edən proqramlardan biri olan “Globeimposter” isə üçüncü yerdə qərarlaşıb.

Mobil cihazlar üçün ən təhlükəli viruslar “Triada”, “Hiddad” və “Lotoor” olublar.

Paylaş:
Загрузка...