TEXNOLOGİYA

DİQQƏT: Sabah Bakıda 2 saat internet olmayacaq — VAXT AÇIQLANDI

İnternet təminatında fasilələr yarana bilər.
Panorama.az  qafqazinfo-ya istinadən xəbər verir ki, «Bakı Telefon Rabitəsi»ndən verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə «Bakinternet»in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.
Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.
Paylaş:
Загрузка...