TEXNOLOGİYA

Dr.Web: “Google Play”dən EHTİYATLI OLUN”

Hər hansı proqramın telefona yüklənməsi barədə qərar qəbul edərkən onun məşhurluğuna aldanmaq lazım deyil.

Publika.az bildirir ki, bu barədə “Dr.Web” şirkətinin inkişaf şöbəsinin aparıcı mütəxəssisi Vyaçeslav Medvedyev “Google Play”in rəsmi mağazasında, Android platforması üçün olan proqramlarda aşkarlanan viruslarla bağlı məlumatı şərh edərkən bəyan edib.

«Biz orada yüzlərlə zədələnmiş proqram tapırıq. “Google Play” köpəyin üzərindəki bitlər kimi zərərli əlavələrlə doludur», — deyə o, RT telekanalına bildirib.

Mütəxəssis həmçinin qeyd edib ki, “Google Play”dən zərərli proqramların telefona yüklənməsi ehtimalı çox böyükdür. Bu zaman zərərli proqramlar “Google”un öz yoxlamalarını asanlıqla keçə bilir. Telefona yükləndikdən sonra onlar dərhal deyil, müəyyən vaxtdan sonra aktivləşə bilərlər.

«Telefonun iş funksiyası bir müddət sonra yavaşlamağa başlayır, çünki insan, heç nəyə baxmadan «ok» düyməsinə basaraq administrativ hüquqları yüklənən proqrama həvalə edir», — deyə ekspert əlavə edib.

Medvedevin sözlərinə görə, müdafiə olunmaq üçün yeganə üsul – telefonda Android Əməliyyat Sistemini yaxşı qoruya bilən antivirusun olmasıdır.

Paylaş:
Загрузка...