TEXNOLOGİYA

«Facebook» bunlara qadağa qoydu

Dünyanın ən iri sosial şəbəkəsi olan «Facebook»bütün kriptovalyuta reklamları, tokenlərin ilkin yerləşdirilməsi (ICO) və binar opsiyonların reklamına qadağa qoyub.

Panorama.az Unikal.org -a istinadən xəbər verir ki, bu barədə şəbəkənin rəsmi bloqunda məlumat yayılıb.

Məlumatda bildirilib ki, insanların tez-tez yanılmasına səbəb olan və yalan metodlarla reklam edilən maliyyə məhsulları və xidmətlərinin reklamının yayımlanmasına icazə verilməyəcək. «Facebook»un yeni qaydalarını pozan elanlar nəinki əsas proqramdan, hətta şirkətin reklam imkanı təklif edən «İnstagram» və «Audience Network» kimi əlavə proqramlardan da silinəcək.

Paylaş:
Загрузка...