TEXNOLOGİYA

«Facebook» medianın bazarını niyə öldürür? — Səbəblər və çıxış yolları — TƏHLİL

Azərbaycanda, adətən xəbərləri Feysbukdakı qruplar vasitəsilə oxuyurlar. Son günlərdə Feysbuk sayt linklərini qruplarda paylaşanlara ciddi məhdudiyyət qoyub. Nəticədə media şirkətlərin xəbər oxunma sayında ciddi şəkildə azalma müşahidə edilib. 

Saytlar xəbərlərini hansı ucuz vasitələrdən istifadə edərək oxuculara çatdıra bilərlər? Dünyada təcrübə necədir?

Kolgemedia.az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə mütəxəssisEmin Hüseynzadə qeyd etdi ki, “Facebook” sosial şəbəkəsinin aqoritmini dəyişəcəyi hələ,  bu ilin aprel ayından bəlli idi. “O vaxt şəbəkə idarəçisi Mark Zukerberq demişdir ki, “Facebook”da klikbeyt (aldadıcı başlıqla məqaləyə cəlb etmə), yalan xəbərlərin yayılması və digər səbəblərə görə xəbər istehsalçılarının sosial şəbəkədən istifadə qaydaları dəyişdiriləcək”.

Картинки по запросу emin hüseynzadə

 

Ekspert bildirir ki, ilk belə test oktyabrın əvvəllərində  Slovakiya, Serbiya, Şri Lanka, Qvatemala və Kambocada keçirildi. Nəticədə bütün media sahibləri  istifadəçilərin azaldığını bəyan etdilər.

Azərbaycana növbə çatacağı da əvvəlcədən bəllidir

Emin Hüseynzadə Azərbaycanda media sahəsinin vəziyyətindən danışdı. “Yalan xəbər və klikbeyt baxımından ölkənin mediası dünyada ilk yerlərdən birini tuta bilər. “Facebook”un  həyata keçirdiyi dəyişikliklərdən,  bu tip başlıqların azalmasından adi istifadəçilər sevinəcək. Ancaq media təşkilatları da zərər çəkəcəklər. Onların arasında yaxşı xəbərlər və məlumatlar paylaşanlar da olacaq. Alqoritmin xəbərləri necə «öyrəndiyi» isə  hələ bəlli deyil, Azərbaycan dilini öyrənmə sürəti və qabiliyyəti də bilinmir”.

Mütəxəssis qeyd edir ki,  Feysbukun alqoritmi tətbiq etməsi nəticəsində media öz xəbərlərini paylaşmaqda,  istifadəçilər isə onları öyrəşdikləri xəbər lentindən əldə etməkdə çətinlik çəkəcək.

Картинки по запросу facebook share

 

Təxminən 35-45% eniş gözlənilir

““Belə vəziyyətdə media nə etməlidir” sualına indidən bəzi istiqamətlərdə cavab vermək olar.

İlk növbədə yalnız bir sosial şəbəkəyə fokuslanmaq, əlbəttə ki, uğursuzluqla nəticələnə bilər. Mütləq müxtəlif platformalara yönəlmək lazımdır. Müxtəlif platformalarda həm də müxtəlif məzmun növlərindən istifadə olunmalıdır”.

Картинки по запросу facebook  blocked to share

 

Azərbaycanda jurnalistlərin bununla da işinin daha da artacağını qeyd edən E.Hüseynzadə bildirir ki, Azərbaycan mediası onlarla keyfiyyətsiz xəbər buraxmaq əvəzinə, az, amma oxunaqlı keyfiyyətli məhsul hazırlamağı öyrənməlidir.

Похожее изображение

Medianın çıxış yolları

“Daha sonrakı addımlar bunlardır: Auditoriyanı anlamaq və onu öyrənmək. Bütün xəbər saytları bir-birinə bənzəməməli və fərqlənməlidirlər. İndiyə qədər eşitdiyiniz, ancaq heç vaxt istifadə etmədiyiniz formatlara əl atın. Onlar unudulmaz və trafik gətirən olurlar.

Sonuncu məsləhətim də video məzmunla bağlıdır. Açıq-aydın görünür ki, “Facebook” da digər platformalar kimi videoya üstünlük verməyə başlayır. Media da bu tələbin və istifadəçilərin artan marağının ardınca getməlidir”.

Mütəxəssisin fikrincə, Azərbaycan saytının əsas çatmayan cəhəti fərqlənmə və idarəçilik bacarığıdır. “İri və hətta 2-3 nəfərlik media professional məsləhətlərdən istifadə edərsə uzun müddətli yaşaya bilər. Unutmaq olmaz ki, “Facebook” kommersiya layihəsidir və sizin üçün hər zaman eyni formatda pulsuz xidmət göstərməyəcək. Ayaq üstə durmaq istəyənlər isə dəyişməli və öyrənməlidirlər”.

Paylaş:
Загрузка...