TEXNOLOGİYA

“Facebook”dan növbəti yenilik

“Facebook” son fövqəladə vəziyyətlər barədə məlumatları bölüşəcək yeni “Crisis Response” bölməsini açır.

Panorama.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə “Facebook”un mətbuat xidməti xəbər yayıb.

«Crisis Response” yaxın həftələr ərzində desktopun əsas səhifəsi və ya mobil əlavədəki menyu düyməsi vasitəsilə fəaliyyətə başlayacaq. Orada istifadəçinin təhlükəyə düşdüyü zaman bütün dostlar və yaxınları xəbərdar etmək üçün imkanı yaradılacaq. Həmçinin baş verən fövqəladə hal barəsində məqalələrə keçidlər, şəkil və videolar bu bölmədə toplanacaq.

Yeni bölmədə “icmalara dəstək” funksiyası da olacaq. İnsanlar bu funksiyanın köməyi ilə yardım istəmək və ya xəsarət alanlara yardım etməklə bağlı müraciət edə biləcəklər. Fandreyzinqi işə salmaq imkanı da var ki, onunla da fövqəladə vəziyyətdən xəsarət alanlara kömək əldə etmək mümkündür.

Paylaş:
Загрузка...