TEXNOLOGİYA

Feysbuk və İnstaqram çökdü

Facebook və Instagram sosial şəbəkələrinin istifadəçiləri bu servislərin fəaliyyətində problemlərlə üzləşib.

Trend-in məlumatına görə, sosial şəbəkələrin fəaliyyətində fasilələır Şimali Amerika şərq vaxtı (EST) ilə saat 13:13-dən başlayıb.

ABŞ, Meksika, Braziliya, İtaliya, Fransa, Böyük Britaniya, Polşa, Bolqarıstan, Hollandiya və İrlandiyadakı Facebook istifadəçiləri sosial şəbəkələrə daxil ola və şəkillərə baxa bilməyib.

İtaliya, İsveç, Türkiyə, Hollandiya, İspaniya, Polşa, Rusiya, Almaniya, ABŞ və Braziliyada Instagram istifadəçiləri xəbər lentinin yenilənməsi zamanı çətinliklərlə üzləşib və akauntlarına daxil ola bilməyib.

Paylaş:
Загрузка...