TEXNOLOGİYA

«Google» şirkətinə 21 milyon dollar cərimə — Axtarışdan sui istifadə…

Hindistan Rəqabət Qurumu (CCI) internet üzərindən aparılan axtarışlarda  bazar hakimiyyətindən sui-istifadə etdiyi  və bu səbəblə də «Google»yə 1,36 milyard rupi (təxminən 21 milyon dollar) pul cəzası tətbiq etdiyini bildirib.
Kolgemedia.az xəbər verir ki,  bundan əlavə Quqla haqsız tətbiqlərdən çəkinməsi üçün xəbərdarlıq edilib.
 Şikayətlərdə  Quqlun axtarış nəticələrini özünün və tərəfdaşlarının xidmətlərini tanıtmaq istiqamətində manipulyasiya etdiyi irəli sürülüb.
 Hindistan keçən il Baş Nazir Narendra Modiyi axtarış nəticələrində «dünyanın ən axmaq lideri» kimi  göstərən «Googl»yə  cinayət işi açıb.
 Daha əvvəl də vizual axtarış nəticələrində Modiyi «Hindistanın ilk 10 günahkarı» kimi göstərən «Google» bu xətadan ötrü 2015-ci ildə  üzr istəmişdi.
Paylaş:
Загрузка...