TEXNOLOGİYA

Hakerlər üçün reabilitasiya düşərgəsi yaradıldı — DÜNYADA İLK DƏFƏ

Böyük Britaniyada ilk dəfə olaraq test rejimində kiberreabilitasiya düşərgəsi istifadəyə verilib.

İKT.lent.az-ın «International Business Times«a istinadən xəbərinə görə, düşərgədə yeniyetmə hakerləri güc və istedadlarını daha pozitiv sahəyə yönəltməyə təşviq edəcəklər.

İlk belə düşərgə Bristolda yaradılıb. İki gün ərzində kibertəhlükəsizlik və karyera sahəsində çalışan mütəxəssislər yeniyetmələrə mühazirə oxuyublar. Bundan başqa, gənc hakerlərə kibercinayətkarlığın yaratdığı məsuliyyət barədə bilgi verilib.

Pilot proqramının 7 iştirakçısı əvvəllər saytlara kiberhücumlarda təqsirləndirilib. Onların heç biri yetkinlik yaşına çatmayıb.

Uğur qazanacağı təqdirdə, bu cür düşərgələr bütün ölkə ərazisində açılacaq.

Paylaş:
Загрузка...