TEXNOLOGİYA

“İnstagram”da “son görünmə vaxtı” necə deaktiv edilir?

“Facebook”un tabeliyində olan “İnstagram” sosial şəbəkəsi ötən aylarda istifadəyə verdiyi funksiya ilə narazılıqlara səbəb olmuşdu.

Yenicag.az xəbər verir ki, İnstagramın İOS yeniləməsi ilə “Direkt” hissəsində eynilə “WhatsApp”da olduğu kimi “son görünmə” funksiyası əlavə olunub. Xoşbəxtlikdən narazılıqların baş qaldıracağını əvvəcədən proqnozlaşdıran şəbəkə bu funksiyanı deaktiv etmək üçün də imkan yaradıb. Bir neçə addımda siz də “son görünmə”ni deaktiv edə bilərsiniz.

İnstagram tətbiqini açın
Sağ alt hissədə yerləşən profil seçiminə keçid edin
Profil səhifəsində sağ üstdə yerləşən ”…” simvoluna klikləyin
Azərbaycan türkcəsi olmadığına görə Türkiyə türkcəsindəki ”Hareket Durumunu Göster” seçimini bağlayın.

Paylaş:
Загрузка...