TEXNOLOGİYA

İPhone 8 artıq satışda — “kitayski”

Avqustda təqdimatı keçirilən və 12 sentyabrda satışa çıxarılacaq iPhone 8 artıq Çin tərəfindən satışa çıxarılıb.

«Qaynarinfo» xarici mediaya istinadən xəbər verir ki, Çin tərəfindən telefonun klon versiyası hazırlanıb. Lakin telefonda iOS sisteminin və ya iOS-a bənzər Android sisteminin olması ehtimal edilir.

Bəzi ölkələrə qeyri-qanuni yollarla ixrac edilən saxta iPhone 8-lərdə iOS sisteminin olduğu deyilir.

Qeyd edək ki, telefon satışa çıxarılandan sonra onun saxta versiyasının hazırlanma halları çox olub, lakin satışa çıxarılmayan telefonun klonu ilk dəfə hazırlanır.

«Apple» şirkətinin bununla bağlı hansı addım atacağı gözlənilir.

Paylaş:
Загрузка...