TEXNOLOGİYA

Sizi daim məşğul edən Feysbuk haqqında BİLMƏDİKLƏRİNİZ

Publika.az əksəriyyət insanın feysbuk proqramı haqqında bilmədiyi xüsusiyyətləri təqdim edir.

1. Üz Tanıma
Feysbukda bir dostunuz sizə hər hansı post etiketlədiyi zaman bu bilgi proqramın yaddaşına qeyd edilir. Beləliklə, feysbukun süni intellekti sizin üzünüzü tanıyır. Bu proqramın alqorifmi o qədər güclüdür ki, təxminləri 98% ehtimalla doğru çıxır. Feysbuka yüklənən hər yeni foto onun süni intellektini daha da genişləndirir. Bu mövzuda maraqlı olan tək şey isə feysbukun bu xüsusiyyəti şirkətlərə və ya dövlət qurumlarına satıb-satmadığıdır.

2. Nə zaman, harada olduğunuz bilinir
Feysbukla əlaqəli olan Messenger proqramını yükləmisinizsə, olduğunuz mövqe asanlıqla tapılır. Feysbuk vasitəsilə harada olduğunuzun tapılmamasını istəyirsinizsə, Messenger proqramındakı xəritə özəlliyini bağlamalısınız.

3. Feysbukdan istifadə edərkən özünüzü yaxşı hiss etməyə bilərsiniz
Yale Universitetinin araşdırmaçıları sosial şəbəkələrdən istifadə edənlərin digər insanlara nisbətən bədbəxt olduğunu ortaya çıxarıb. Daim başqalarının həyatını görmək, onları bəyənmək insanların öz həyatındakı əskikləri görməyə və onları pis hiss etməyə səbəb olur.
6. Feysbuk düşündüyümüzdən daha çox şey bilir
Feysbuk proqramı daimi olaraq həyatımızı məşğul edir. Bəs bunu necə bacarır? Təbii ki, daimi olaraq yeni xüsusiyyətləri istifadəyə verməklə. Biz fərqində olmadan hər addımımızı analiz edir və hətta, nəyə pul xərclədiyimizi belə bilir.

7. İnsanların nə zaman yatdığını belə bilir
Feysbuk Messenger ilə birlikdə insanların ən son nə zaman aktiv olduğunu görə bilir. Mütəxəssis Soren Louv-Yansen məhz bu xüsusiyyətdən istifadə edərək dostlarının yuxu qrafikini tərtib edib. O, feysbuk informasiyalarından istifadə edərək dostlarının neçə saat yatdığını hesablayıb.

Paylaş:
Загрузка...