TEXNOLOGİYA

WhatsApp-da səhv tapıldı — Silinən mesajı tapmağın yolları — FOTO

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan WhatsApp-ın bir müddət əvvəl təqdim edilən mesajsilmə funksiyasında səhv tapılıb.

İzləyicilər bu səhvə görə silinən mesajları oxuya bilirlər.

Bu səhv barədə İspaniyanın texnologiya saytlarından biri olan Android Jefe-də məlumat verilib. Qeyd olunub ki, Android platformalı telefonlarda qarşı tərəfin göndərib sonra sildiyi mesajı oxumaq mümkündür.

«Biz WhatsApp-da qarşı tərəfin göndərib, sildiyi mesajı oxumağın yolunu tapmışıq.

Bu mesajlar parametrlərdəki bildiriş mərkəzində saxlanılır. Belə ki, «settings»dən «notification register»ə daxil olmaqla silinən mesajları oxuya bilərsiniz».

Milli.az

Paylaş:
Загрузка...