DÜNYA

Ərdoğandan ŞOK AÇIQLAMA: Əgər bunu sübut etsəniz, prezident postumu tərk edəcəyəm

“Xaricdə 1 qəpik pulum varsa, 1 dəqiqə belə dayanmaram”

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun xarici bankda hesablarının olması ilə bağlı iddialardan danışarkən deyib.

O, Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlunun onun korrupsiyada günahını və xarici bankda hesabının olduğunu sübut edəcəyi təqdirdə istefa verməyə hazır olduğunu bildirib.

“O, (Kılıcdaroğlu) hətta ən sadə əsas belə gətirmədən, mən və mənim ailəm haqqında yalan danışır. Ərdoğanın xarici bankda hesabının olduğunu sübut edin, əgər bunu edə bilmirsinizsə, siyasətdən rədd olun. Əgər sübut etsəniz mən həm prezident postumu, həm də siyasəti tərk edəcəyəm”, – deyə Ərdoğan əlavə edib.

Paylaş:
Загрузка...