DÜNYA

Əsl adını gizlədən prezident haqqında BİLMƏDİYİNİZ FAKTLAR

Nelson Mandela, ya da qəbilə adıyla Madiba Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti, Aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatmış, «Nobel» Mükafatı laureatı Nelson Mandela. Bu şəxs haqqında bu günə qədər qalaq-qalaq materiallar dərc edilib. Lakin onun ömür boyu əsl adından istifadə etməməsinin səbəbini, şeiriyyata olan marağını və daha nələri çox az adam bilir.

Publika.az oxucularına Nelson Mandela haqqında çox az mənbələrdə rast gələcəyiniz 9 maraqlı məlumatı təqdim edir:

1. O, öz adından istifadə etmirdi

Cənubi Afrikanın ilk qaradərili prezidentinin əsl adı «Rolihlahla» olub. Bu adın mənası «problem yaradan» şəxs kimi tərcümə edildiyi üçün o, öz adını istifadə edə bilmirdi. Nelson adını isə ona valideynləri yox, ibtidai sinif müəllimi qoyub. Müəlliminin niyə məhz Nelson adını verdiyi heç kimə bəlli deyil. Lakin Rolihlahla Mandela bunu sorğulamadan adı rəsmi olaraq istifadə etməyə başlamışdır.

2. İlk dəfə ağacdələnə verilən ad onun adı olub

2013-cü il iyun ayının 27-də süni nəfəs aparatına qoşulan Nelson Mandela həmin ilin dekabr ayının 5-də 95 yaşında Yohannesburqda dünyasını dəyişib. Vəfatından sonra isə Keyptaundan Kaliforniyaya qədər olan küçələrə Mandela adı verilməyə başlayıb. 2015-ci ildə alimlər ağacdələnə onun adını veriblər. Həmin ağacdələn zoologiya kitablarında belə «Australopius nelsonmandelai» deyə qeyd olunur.

3. Mandela atomu

1973-cü ildə atom parçaları üzərində araşdırma aparan fizika institutunun alimləri kiçik ölçülü atom parçasına «Mandela atomu» adını veriblər.

4. Sürücü prezident olub

Nelson Mandela irqçiliyə qarşı bütün gücü ilə mübarizə aparan nadir liderlərdən olub. Həmin ərəfələrdə polislər tərəfindən ciddi təqiblərə məruz qalan Mandela zaman-zaman sürücülük, fəhləlik edərək gizlənib. Uzun illər polisdən məharətlə qaçan Mandelanı KİV-də «The Black Pimpernel» adlandırırdılar. Hətta onun «Long Walk to Freedom» (Azadlığa uzun gəzinti) adlı avtobioqrafiyasında belə bir qeyd var: Gün boyu gizlənib zülmət qaranlıqda mövcud olaram.

5. Boksa xüsusi marağı olub

Lider ən azı siyasət qədər boks ilə də maraqlanıb. Şiddəti sevmədiyini deyən Mandela sadəcə boksun texnikasının onu cəlb etdiyini və qətiyyən heç vaxt bu idman növünü insanlar üzərində sınamadığını deyirdi.

6. Qarın ən sevdiyi yemək olub

Prezidentlərin hər növ yeməklərdən ibarət süfrəsinə rəğmən, Mandela çox az çeşiddə yeməkləri sevirdi. Ən çox sevdiyi yemək isə qarından hazırlanan yeməklər olub.

7. Öz işindən imtina edib

Nelson Mandela Vilvaterstənd Universitetinin hüquq fakültəsini bitirib Yohannesburqda ilk qaradərili hüquq firmasını qurub. Lakin şirkətə rəhbərlikdən imtina edib.

8. Amerika tərəfindən terrorçu adlandırılıb

İrqçiliyə qarşı mübarizə apararaq gizlənməkdən yorulan Mandela nəhayət, Afrikanın milli konqresinə üzv olur və mübarizəsini daha açıq şəkildə davam etdirməyə başlayır. 2008-ci ilə qədər isə Amerika onu terrorçuların siyahısına əlavə etmişdir.

9. Ədəbiyyatçı olub

Nelson Mandelanın çox gözəl natiqlik bacarığı olub. O, Robben adasında həbsdə olduğu zamanlarda məbhuslara Uilyam Ernest Henleyin 1875-ci ildə yazdığı «Məğlubedilməz» adlı şeirini oxuyub. Şeirin mövzusu ilə məhbuslara əsla azadlıq uğrunda mübarizədən imtina etməmələrini çatdırmaq istəyib.

Paylaş:
Загрузка...