DÜNYA

10 min seks-tərəfdaşı olmuş yazıçıdan etiraf — «Bu işdən lap 60 yaşlı fahişə də xeyir görə bilər»

12 il fahişəliklə məşğul olan Avstraliyalı Qvinet Monteneqro öz peşəsinin sirrləri haqqında kitab buraxıb. Qadın 10 min kişi ilə yatandan sonra müştərilərin əslində nə istədiyi  barədə  danışmağı  qərara alıb.
Moderator.az “Seks-sənayedə maliyyə cəhətdən uğurlu olmaq” kitabı barədə «New York Post» nəşrinə istinad edərək xəbər verir. Kitabda Monteneqro yazır ki, əksəriyyət kişilər fahişələrdə xüsusi duyğular axtarmır, sadəcə əylənmək istəyirlər. Bu zaman onlar xoşlayırlar ki, görüş zamanı qadın da yaxşı əhval-ruhiyyədə olsun.
Kitabın müəllifi vurğulayır ki, hər bir bədən quruluşuna tələbat var. Çox kişilər gözəl və yaraşıqlı qadınların yanında özlərini sıxıntılı hiss edirlər, ona görə də çox vaxt adi görkəmdə olan fahişələrə üstünlük verirlər.
Monteneqronun sözlərinə görə bu işdən lap 60 yaşlı fahişə də xeyir görə bilər. O, qadın tanıyır ki, 83 yaşında fahişə kimi çağırışlara gedib və dörd il ərzində xidmətinə görə saatına 250 funt qazanıb. Kişilər yalnız seks istəmirlər, yaşlı müştərilərə öz qızları yaşında fahişə ilə söhbət etmək çətin olur.
Monteneqro etiraf edir ki, kitabı maliyyə uğuru qazanmağın təcrübəsini bölüşmək istədiyinə görə  yazıb. Onun sözlərinə görə  maddi  cəhətdən ağır vəziyyətdə olan  xeyli fahişə  ona müraciət edir.
Sentyabrda Ali İqtisad məktəbinin alimləri Moskvada fahişələrlə görüş qiymətinin  məbləği barədə təhqiqat aparıb. Məlum olub ki, intim-xidmət üçün qiymət qadının yaşından asılı deyil. Necə deyərlər “yaşın nə fərqi var”.
Paylaş:
Загрузка...