DÜNYA

100 kq-lıq kosmik stansiya hər an başımıza düşə bilər

Çinin 2011-ci ildə kosmosa göndərdiyi kosmik stansiyanın qalıqları yerə doğru hərəkətə başlayıb.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, 8.5 ton ağırlığı olan kosmik stansiya “Tiangong-1” Pekinin idarəni itirməsi nəticəsində yerə istiqamətlənməyə başlayıb. Atmosferdə böyük hissəsi yanan stansiyanın 100 kiloluq qalıntısı dünyaya eniş edəcək və bu hissələrin hansı bölgəyə düşəcəyi hələlik bilinmir.

Digər adı ilə “Göy Saray-1” kimi tanınan stansiya Çini kosmik supergücə çevirəcək layihə hesab edilirdi. Ölkənin ilk qadın astronovtu olan Li Yanq da 2012-ci ildə həm insanların iştirak etdiyi, həm də insansız proyektlərin reallaşması üçün istifadə edilən stansiyanı ziyarət etmişdi. Lakin 2016-cı ildə Çin höküməti “Tiangong-1” üzərində idarəçiliyi itirdiyini açıqladı. Çin Kosmik Agentliyi BMT-yə bu barədə məlumat verərək qalıqların 2017 oktyabr-2018 aprel aylarında yerə eniş edəcəyini deyib. Qalıqların getdikcə daha kiçik hissələrə parçalandığı və eniş sürətini artırdığı deyilir.

Paylaş:
Загрузка...