DÜNYA

12 saat işləyən yeniyetmə maniken podiumda komaya düşüb öldü – FOTOLAR

Çinin Şanxay şəhərində keçirilən moda həftəsində 12 saat podiumda qalan model yorğunluqdan dolayı komaya düşərək dünyasını dəyişib.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, podiumda 12 saat qalan 14 yaşlı Vlada Zyuba yorğunluqdan komaya düşüb. İki gün reanimasiyada qalan yeniyetmə modeli edilən bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb və hayatına vəda edib.

3 saat yerinə 12 saat işlədildi…

Verilən açıqlamaya görə, Zyubanın xroniki meningit xəstəliyindən dolayı dünyasını dəyişdiyi bildirilir. Lakin gənc modelin müəmmalı ölümü böyük reaksiyaya səbəb olub. Rəsmi olaraq, gündə sadəcə 3 saat işləməli olduğu halda, Zyubanın imzaladığı müqaviləyə görə, sözün əsl mənasında, qul kimi işləmək məcburiyyətində qaldığı irəli sürülüb.

Qeyd edək ki, Vlada Zyuba bir çox rus həmkarı kimi öz kariyerasını Çində davam etdirməyə və bu sahə üzrə uğur qazanmağa çalışıb.

Modelin anası Oksana da qızının səhhətinin podiuma çıxmaq üçün əlverişli olmadığını, amma buna rəğmən işləmək məcburiyyətində qaldığını irəli sürüb:

“Qızım mənə zəng elədi, çox yorğun olduğunu və yatmaq istədiyini söylədi. Yəqin ki, xəstəliyi baş qaldırmışdı”.

Qızı xəstəxanada olan zaman dua etdiyini deyən Oksana Zyuba “Onun yanına getmık üçün viza almağa çalışırdım. Sığortasının olub-olmaması haqqında heç bir məlumatım yoxdur” deyə qeyd edib.

Paylaş:
Загрузка...