DÜNYA

200-dən çox məktəb bağlandı — Qrip virusuna görə

Rusiyanın Saratov şəhərində qrip virusunun yayılması ilə əlaqədar məktəblər 10 gün müddətinə bağlanıb.

Panorama.az Trend-ə istinadən bildirir ki, məktəblərdə fevralın 14-dən dərslər dayandırılacaq.

Ümumilikdə şəhər ərazisində 207 orta məktəbin və 3 məktəbəqədər təhsil müəssisəsinin bağlandığı deyilir.

Məktəblərin fevralın 26-ı işini bərpa edəcəyi planlaşdırılır.

Qrip epidemiyası ilə əlaqədar sakinlərə açıq havada maska ilə gəzmək məsləhət görülüb.

Paylaş:
Загрузка...