DÜNYA

40 illik tarixə malik aviaşirkət müflis oldu

Almaniyanın ikinci ən böyük aviaşirkəti olan “Air Berlin” müflisləşmə prosedurunu işə salıb.

Virtualaz.org “Spiegel” nəşrinə istinadən xəbər verir ki, bu barədə şirkət rəsmi məlumat yayıb.

Qeyd olunur ki, müflisləşmə haqda qərar şirkətin əsas səhmdarı “Etihad”ın maliyyə dəstəyini dayandırmasından sonra verilib.

Qeyd edək ki, 1978-ci ildə yaradılmış “Air Berlin” şirkətində hazırda 8600-dən çox işçi çalışır.

Paylaş:
Загрузка...