DÜNYA

52 insanı qanına qəltən edən filoloq — DƏHŞƏTLİ QATİL

Andrey Romanoviç Çikatilo 16 oktyabr 1936-cı ildə Ukraynanın Sum vilayıtinin Yabloçnoe kəndində anadan olub.

Panorama.az bildirir ki, oktyabr ayına aid olmayan havada, güclü yağışda doğulan Andrey hidrosefaliya əlamətləri ilə anadan olub. 12 yaşına qədər gecələr sidik saxlaya bilməməkdən əziyyət çəkirmiş, ona görə də anası tərəfdən həmişə döyülürmüş.

1943-cü ilə onun bacısı anadan olub. Amma bu qız Andreyin doğma bacısı sayıla bilməzdi. Çünki onun atası bir neçə çoxdan cəbhədə idi. Çikatiloların yaşadığı kənd isə müharibənin əvvəlindən almanlar tərəfindən işğal olunmuşdu. Andrey öz anasının həmişə alman əsgərləri tərəfindən zorlanmaya məruz qaldığını görmüşdü və şübhəsiz ki, yeni doğulan bacısı hansısa faşistin belindən gəlmişdi. Anasının vaxtaşırı alman əsgərləri tərəfindən zorlanması balaca Andreyin aqressivləşməsinə və onda insanlara qarşı kin yaranmasına səbəb olmuşdu.

1954-cü ildə Andrey orta məktəbi bitirib, hüquq fakültəsinə qəbul olunmağa çalışırdı, amma kursu keçə bilməyib. Andrey elə hesab eləyirdi ki, onu ona görə instituta götürmədilər ki, onun atası — satqın və xalq düşməni olmuşdu.

1957-1960-cı illərdə orduda xidmət edib. O hərbi xidmətini Berlində çəkib. Özü bildidrmiş ki, orduda bütün alçalmalara, seksual təzyiqlərə məruz qalırmış.

Hərbi xidmətdən sonra o, Rostov yaxınlığında olan — Rodionovo Nesvetayskaya rayonuna köçüb. Orada telefon stansiyasında mühəndis işləməyə başlayıb.

1962-ci ildə Çikatilonun bacısı Tatyana onu öz rəfiqəsi Faina ilə tanış edib və onlar evləniblər. Toydan sonra Çikatilo Rostov Universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsinə qəbul olub. Həmin ildə Faina oğlan dünyaya gətirib, amma 8 aydan sonra uşaq ölüb. Çikatilonun 1965-ci ildə qızı Lyudmila anadan olub, 1969-cu ildə oğlu Yuri doğulub

1965-ci ildə Çikatilo rayon bədən tərbiyəsi və idman üzrə komitəsinin sədri seçilib. 1970-ci ildə o, marsizm-leninizm kursu üzrə pedaqoji institutun qiyabi şöbəsini bitirib, internatların birində rus dili və ədəbiyyatı müəllimi işləməyə başlayıb.

Sonralar manyaka çevrilən A.Çikatilo ilk qurbanı olan 9 yaşlı qızı 22 dekabr 1978-ci ildə zorlayaraq öldürüb. Bu hadisədən sonra Çikatilo qorxaraq 3 il qətl törətməyib. Nəhayət 1981-ci ildə ikinci qurbanının 17 yaşlı Larisa Tkaçenkonu zorlamağa çalışıb, bu alınmayanda isə onu öldürüb.

Bir ildən sonra Çikatilo 12 yaşlı bir qızı öldürüb. Bundan sonra seriya qətllər törədilib. Belə ki, 1982-ci ilə Çikatilo 9-16 yaşlarında yeddi uşağı qətlə yetirib.

Ümumiyyətlə, A.Çikatilo 1978-ci ildən 1990-cı ilədək 53 sübut edilmiş qətl törədib: 21 oğlan uşağı, 14 qız uşağı və 17 qadın. Halbuki cinayətkarın özünün sözlərinə görə o, 56 qətl törədib.

Çikatilo «Satana», «Vəhşi heyvan», «Rostov qarıneşəni», «Vətəndaş X» və s. ləqəblərlə tanınırdı.

Bir-birinin ardınca ölən adamlar, hətta ən təcrübəli milis işçilərini də dəhşətə gətirirdi. Ölənlərin üzərində sadizm əlamətləri var idi.: kəsilmiş, iynələnmiş, hər cür ələ salınmış meyitlər, meyitlərin müxtəlif orqanların kəsilməsi, doğranılması…
Milisin ağlına da gəlmirdi ki, bu qətlləri filologiya fakultəsini bitirmiş, mühazirələr deyən müəllim Andrey Çikatilo törədə bilər…

1990-cı il noyabrın 20-də uzun illərin axtarışından sonra Andrey Çikatilonu tutdular. Çikatilonu tutandan sonra DTK-nın xüsusi tək adamlıq kamerasına salıblar. Ölüm seriaları davam edən müddətdə manyaka çevrilən Çikatilonun beynini öyrənmək istəyən xarici alimlər o zaman buna görə Sovet hökumətinə böyük məbləğdə pullar təklif ediblər.

O, ən tanınmış sovet qatillərdən hesab olunurdu.

Həbsdə saxlanıldığı müddətdə bağışlanması üçün dəfələrlə ölkə rəhbərliyinə müraciət ünvanlayan Çikatilonun bütün xahişləri rədd edilib.

Nəhayət manyak-qatili 14 fevral 1994-cü ildə Rusiyanın Novoçerkassk türməsində güllələdilər.

Paylaş:
Загрузка...