DÜNYA

ABŞ İsraildən “Dəmir gümbəz” alacaq

Amerikalı hərbçilər yaxın radiuslu hava hücumundan müdafiə sisteminin hazırlanması ideyasından əl çəkərək, zəruri texnikanın İsraildən alınmasına qərar veriblər.

Virtualaz.org “Pravda.ru”ya istinadən xəbər verir ki, “Dəmir gümbəz”i almazdan öncə amerikalılar onu test edəcəklər. Kompleks müxtəlif xarakteristikalı hava hədəflərinin aşkar olunması və məhv edilməsi üzrə tam sınaq dövrünü keçməlidir. Alış SHORAD yaxın radiuslu hava hücumundan müdafiə vasitələrinin yaradılması proqramı çərçivəsində həyata keçiriləcək.

Qeyd etmək lazımdır ki, İsrailin işləyib hazırladığı bu kompleks beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Son 6 il ərzində onun köməyi ilə İsrail istiqamətində buraxılmış 1500-dən çox raket zərərsizləşdirilib.

Paylaş:
Загрузка...