DÜNYA

ABŞ Rusiya silahının Azərbaycana çatdırılmasına mane olacaq?

ABŞ-ın yeni sanksiyaları Azərbaycana silahın mümkün çatdırmalarına mane olacaq, çünki bu, şirkətlərlə ticarət edənlərin hamısının cəzalandırılması üzrə geniş imkanlar verir.

Bunu virtualaz.org-a Rusiyada çıxan “Silahların ixracı” jurnalının baş redaktoru, Strategiyaların və Texnologiyaların Analizi Mərkəzinin eksperti Andrey Frolov deyib.

Qeyd edək, dünən ABŞ Dövlət Departamentində yeni sanksiyaların Rusiya silahlarının ixracatına mümkün təsiri haqda danışıblar.

«Yeni anti-Rusiya sanksiyaları yüksəktexnologiyalı Rusiya silahlarının nümunələrinin üçüncü ölkələrə satışına toxuna bilər”, — deyə RİA Novosti Dövlət Departamenti nümayəndəsinin jurnalistlərə dediklərindən sitat gətirib.

Onun sözlərinə görə, «qanunun bu bölməsi Rusiya Federasiyası hökumətinin müdafiə və kəşfiyyat sektorundakı şəxslərlə əhəmiyyətli sazişlərə, o cümlədən yüksəktexnologiyalı silahların bütün dünyada satışı üzrə məsələlərə toxunur».

Dövlət Departamenti Rusiya Hərbi-Sənaye Kompleksinin sanksiya tətbiq olunan 33 şirkətinin siyahısını yeniləyib.

Tramp administrasiyasının nümayəndələri The New York Times qəzetinə bildiriblər ki, bu siyahı öz-özlüyündə sanksiyaların kəskinləşdirilməsi deyil, amma ona elə təşkilatlar daxil edilib ki, «onlar ya Rusiya Federasiyası hökumətinin müdafiə və kəşfiyyat idarələrinin bir hissəsidir, ya da onun xeyrinə işləyirlər».

Andrey Frolovun sözlərinə görə, vəziyyət ciddidir. «Və görünür ki, getdikcə daha pis olacaq. Özü də uzun müddətə», — deyə ekspert vurğulayıb.

Paylaş:
Загрузка...