DÜNYA

ABŞ təyyarəsi Filippin dənizinə düşdü, ölənlər var

Göyərtəsində ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin 11 hərbçisinin olduğu təyyarə Filippin dənizinə düşüb.

«Report»un məlumatına görə, bu barədə «Associated Press» xəbər verib.

Xəbərdə bildirilir ki, «C-2A «Greyhound» nəqliyyat təyyarəsi qəza zamanı «Ronald Reyqan» adına təyyarə daşıyan gəmi istiqamətində uçurmuş. Hadisə zamanı heyət üzvündən 8-i xilas edilib. Daha 3 dənizçi həlak olub.

ABŞ-ın Hərbi Dəniz Qüvvələrində hadisənin səbəbləri araşdırılır.

Paylaş:
Загрузка...