DÜNYA

Alman jurnalı “it” zarafatına görə üzr istədi

Almaniyanın “Fokus” jurnalı Rusiya prezidenti Vladimir Putindən üzr istəyib.

Panorama.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın Almaniyadakı səfirliyinin mətbuat katibi Denis Mikerin məlumat verib.

O bildirib ki, jurnalın baş redaktoru Robert Şnayder təhqiredici məqaləyə görə səfirliyə üzrxahlıq məktubu göndərib.

Xatırladaq ki, Rusiya tərəfinin qəzəbinə səbəb olan məqalə Almaniya kansleri Angela Merkellə Putinin münasibətlərindən bəhs edirdi. Məqalədə deyilirdi ki, “əlbəttə, Merkel Putinin itlərindən qorxur (prinsipcə Merkel itlərdən qorxur – red.) , amma o, it Putindən qorxmur”.

Bundan sonra “Fokus” verdiyi açıqlamada heç kimi təhqir etmək istəmədiyini, bunun, sadəcə, “ironik söz oyunu” olduğunu açıqladı.

Ancaq bu açıqlama Moskvanı qane etmədi. Putinin mətbuat katibi Dmitri Peskov bu cür yazıların qəzetin nüfuzuna kölgə saldığını bildirdi.

Paylaş:
Загрузка...