DÜNYA

Almaniya Kataloniyanın müstəqilliyini tanımadı

Almaniya hökuməti Kataloniyanın birtərəfli şəkildə elan etdiyi müstəqilliyini tanımır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert Twitter səhifəsində yazıb.

“Birtərəfli şəkildə elan edilən müstəqillik beynəlxalq prinsiplərə ziddir. Federal hökumət bu cür müstəqilliyi qəbul etmir”, — o bildirib.

Zaybert həmçinin qeyd edib ki, İspaniyanın suverenliyi və ərazi bütövlüyü toxunulmaz qalacaq.

Paylaş:
Загрузка...