DÜNYA

Almaniyanın sabiq kansleri vəfat etdi

Almaniyanın sabiq kansleri Helmut Köl 88 yaşında vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə günü, iyunun 16-da, Bild nəşri məlumat yayıb.

Ölümün səbəbləri hələlik açıqlanmır.

Helmut Köl 1982-ci ildən 1992-ci ilə qədər Almaniya hökumətinə rəhbərlik edib. Onun əsas nailiyyətlərindən biri AFR və ADR-in birləşməsidir. 1991-ci ildə Köl bütöv Almaniyanın ilk kansleri seçilib.

2015-ci ildə Helmut Köl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Paylaş:
Загрузка...