DÜNYA

Amsterdamda turistlərə qadağa: Fahişələrə baxmaq olmaz

Niderlandın Amsterdam bələdiyyəsi ekskursiya qruplarının Qırmızı fənərlər küçəsinə ziyarətini sərtləşdirən qərar qəbul edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə şəhər hökumətinin rəsmi informasiya portalından məlumat verilir.

2018-ci ilin aprel ayından etibarən beş nəfərdən çox olan qruplar “seks sənayesinin” işçilərini görmək üçün meriyadan xüsusi icazə almalı olacaqlar.
Bundan əlavə, bu küçədə turistlərə spirtli içki və narkotik maddələrin qəbulu qadağan olunacaq. Ən əsası dəyişiklik isə ondan ibarətdir ki, turistlər vitrindəki fahişələrə baxa bilməyəcəklər.

Qırmızı fənərlər küçəsində həmçinin fotoçəkilişə rəsmi qadağa qoyulur. Ekskursiyalar saat 23:00-da qurtaracaq. Ekskursiyadan əvvəl bələdçi turistlərdən yerli sakinlərə, iş adamlarına və fahişələrə hörmətlə yanaşmağı tələb edəcək.

Qaydalara riayətə görə məsuliyyəti ekskursiya bələdçiləri daşıyacaqlar. Qayda pozuntusuna görə sərbəst bələdçilər 190 avro, turizm şirkətlərinin akkreditasiyadan keçmiş bələdçiləri isə 950 avro məbləğində cərimə oluncaqlar. Üç qayda pozuntusundan sonra bələdçi lisenziyasından məhrum ediləcək.

Paylaş:
Загрузка...