DÜNYA

Ankaranın meri istefa verdi

Türkiyənin Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Melih Gökçe istefa verib.

Türkiyə KİV xəbər verir ki, o, bunu Ankara Böyük Şəhər Bələdiyyəsinin məclisində elan edib.

“Prezidentim Rəcəb Tayyib Ərdoğanın Türkiyəni lider dövlət edəcəyinə edəcəyinə inandığım, onun əmrinə tabe olduğum üçün istefa verirəm”, — deyə Melih Gökçek Anakara Böyük Şəhər Bələdiyyə məclisində istefası ilə bağlı çıxşında vurğulayıb.

Türkiyə KİV-in hesablamasına əsasən, Melih Gökçek 8 min 617 gün Anakara Böyük Şəhər Bələdiyyəsinin sədri olub.

Qeyd edək ki, Türkiyədə hakim Ədlət və İnkişaf Partiyası (AKP) Ankara, Bursa və Balıkəsir böyük şəhər bələdiyyələri sədrlərinin istefası ilə bağlı qərar qəbul edib. //virtualaz.org

Paylaş:
Загрузка...