DÜNYA

“Apple” etiraf etdi: “iPhone X” smartfonlar qüsurludur

“Apple” şirkəti yeni “iPhone X” smartfonlarında qüsurların olduğunu etiraf edib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “The Loop” portalı məlumat yayıb. Verilən məlumata görə, şirkətdən bildirilib ki, soyuq havada sensorlu ekran toxunuşlara reaksiya vermir.

Şirkətin bu etirafına səbəb isə bir müddət əvvəl smartfon istifadəçilərinin şaxtalı havalarda telefonların ekranlarının işləməməsi barədə etdikləri çoxsaylı şikayətlər səbəb olub. Belə ki, daha öncə istifadəçilər sıfır dərəcəyə yaxın hava şəraitində telefonun ekranının işləmədiyini bildiriblər. Bundan sonra “Apple” şirkəti bu qüsurun mövcud olduğunu etiraf etməyə məcbur olub. Şirkət bu problemin növbəti yenilənmə zamanı aradan qaldırılacağını bəyan edib.

Qeyd edək ki, “Apple” şirkəti bu ilin sentyabr ayında yeni «iPhone 8» və «iPhone X» smartfonlarını təqdim edib. “iPhone X” gözləndiyi kimi bir çox yeniliklərlə gəlib. «Apple» şirkəti yeni “iPhone 8″ və “iPhone X” smartfonlarını təqdimetmə mərasimində biabırçı anlar yaşanıb. “iPhone X” telefonunun təqdimetmə zamanı əsas funksiyalardan biri işləməyib. Mərasim zamanı telefonun əsas funksiyalarından biri olan “Face ID”, yəni telefon sahibinin üzünün tanınması funksiyası işləməyib.

Telefonların təqdimatını şirkətin vitse-prezidenti Kreyq Federini keçirib. Federini telefonu açara qoyub və onu açmaq üçün aparatın sahibinin ekrana baxmasının kifayət olduğunu deyib. Lakin bu funksiya işləməyib. Canlı efirdə yayımlanan təqdimatda Federini pərt olub. Telefon onun üzünü tanımayıb və işə düşməyib. Canlı efirdən də, aydın görünüb ki, telefonun ekranının açılması üçün kod tələb edilib.

Paylaş:
Загрузка...