DÜNYA

AŞPA-nın müvəqqəti sədri seçildi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müvəqqəti sədri məlum olub.

Avropa Xalq Partiyası qrupundan (EPP) xanım Stella Kyriakides (Kipr) 132 səslə qurumun sədri seçilib.

Dünən keçirilmiş birinci və ikinci turda səsvermədə lazım olan sayda deputat iştirak etmədiyindən AŞPA prezidenti seçilməmişdi. Prezidenti bu gün keçirilən üçüncü sadə səsvermədə seçmək mümkün olub.

Yeni prezident 2018-ci ilin yanvar ayına qədər bu vəzifəni icra edəcək. AŞPA-nın yanvarda keçiriləcək qış sessiyasında qurumun yeni prezidenti seçiləcək.

AŞPA prezidenti Pedro Aqramunt oktyabrın 6-da istefa verib. Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı. //virtualaz.org

Paylaş:
Загрузка...