DÜNYA

Avtomobil sürən qadınları yandırmaqla hədələyən səudiyyəli saxlanıldı

Səudiyyə Ərəbistanında qadın sürücüləri yandırmaqla hədələyən şəxs həbs edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşri məlumat yayıb.

“Allaha and olsun, avtomobili xarab olaq qadın görsəm, nəqliyyat vasitəsini və onun özünü yandıracam”, — adı açıqlanmayan vətəndaşın internetdə yerləşdirdiyi videomüraciətdə deyilir.

Qeyd olunur ki, 20 yaşlı gənc Əş-Şarkiyə administrativ dairəsinin qubernatorunun göstərişi ilə saxlanılıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında qəbul edilən qərara əsasən,  qadınlar 2018-ci ilin iyun ayından etibarən avtomobil sürə biləcəklər.

Paylaş:
Загрузка...