DÜNYA

Azərbaycana qarşı təxribatçı məlumat yayan jurnalist Bolqarıstanda işdən qovuldu

Bolqarıstanda dərc edilən “Trud” (Əmək) qəzetinin jurnalisti Dilyana Qaytanciyeva Azərbaycan aviaşirkəti vasitəsilə İŞİD-ə silah təchizatı barədə böhtan xarakterli məqaləsinə görə işdən qovulub. Virtualaz.org xəbər verir ki, bu barədə jurnalist qadın özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, avqustun 24-də jurnalist Bolqarıstan Milli Təhlükəsizlik Agentliyinə çağırılaraq, Suriyadakı terrorçulara silahların təchizatı ilə bağlı sənədlərlə əlaqədar sorğu-sual edilib.

Bundan sonra o, “Trud” qəzetində tutduğu vəzifədən xaric olunub. Bir neçə gündən sonra Dilyana Qaytanciyeva Suriyaya növbəti dəfə səfər etməli idi.

Xatırladaq ki, bir müddət öncə Qaytanciyeva böhtan xarakterli məqalə yazmış və həmin məqalədə iddia etmişdi ki, guya “Silk Way” aviaşirkəti və Azərbaycan Hərbi-Hava Qüvvələri diplomatik aviareyslər adı altında silah daşıyır. Daha sonra Azərbaycan diplomatları və “Silk Way”in təmsilçiləri həmin məlumatı təkzib etmişdilər.

Paylaş:
Загрузка...