DÜNYA

Azərbaycanlı milyarder həbsxanaya qız keçirdi — VİDEO

Rza Zərrabın həbsxanaya qız gətirilməsi üçün nəzarətçilərə rüşvət verdiyi ortaya çıxıb.

GoldNews.az xəbər verir ki, milyarderin yaxın ətrafından sızdırılan məlumata görə, həyat yoldaşı Ebru Gündeş ilk öncə boşanmaq istəməsə də, bu məlumatdan sonra boşanmaqda qərarlı olduğunu bildirib.

Qeyd edək ki,  Zərrab özünü təqsirli bilməyən türkiyəli bankir Mehmet Hakan Atillanın işində vacib şahid sayılır. Həbs edilmiş milyarder qeyd edib ki, 2011-ci ildən etibarən ABŞ sanksiyalarını yan keçməyə çalışan İranın tətbiq etdiyi sxem milyardlarla dollar toplamağa və Amerikanın təhlükəsizliyini təhdid etməyə şərait yaradıb.

Atillanın vəkili Viktor Rokko isə əlavə edib ki, Zərrab istintaqla işbirliyinə gedib və həbsxanadan çıxdıqdan sonra dövlətin himayəsinə sığınaraq, ailəsi ilə birlikdə ABŞ-da qalmaq imkanı əldə edə bilər.

Paylaş:
Загрузка...