DÜNYA

Beşulduzlu hoteldə YANĞIN: 400 turist təxliyə edildi — 14 nəfər xəsarət aldı

Türkiyənin Antalya əyalətinin Kemer rayonunda beşulduzlu mehmanxanada baş verən yanğınla əlaqədar 400 nəfər yerli və xarici turist təxliyə edilib.

Unikal.org Haberler.com-a istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici cəlb olunub.

Məlumata görə, yanğın mehmanxananın mətbəx bölməsində meydana gəlib.

Yanğın zamanı 10-u Türkiyə, 4-ü Rusiya vətəndaşı olmaqla 14 nəfər xəsarət alıb. Onlar müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Hadisənin səbəbi araşdırılır.

 

Paylaş:
Загрузка...