DÜNYA

Bir erməni əsgəri öldü, ikisi yaralandı — Qarabağda

İşğal altında olan Qarabağda yerləşən düşmən hərbi hissələrindən birində partlayış olub.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, tank əleyhinə qumbaranın partlaması nəticəsində 1997-ci il təvəllüdlü əsgər Hrant Xaçatur Manqasaryan ölüb.
Hadisə nəticəsində iki əsgər isə ağır yaralanıb.
Məlumata görə, partlayış saat 12:10 radələrində Qarabağın şimal-şərq istiqamətində baş verib.

 

Paylaş:
Загрузка...