DÜNYA

Bu əlamətlər varsa, xərçəng ola bilərsiniz — DİQQƏTLİ OLUN!

Xərçəng xəstəliyinin ilkin əlamətlərinə əhəmiyyət verməyən bir çox insan sonralar bu xəstəliyin müalicəsində ciddi çətinliklərin olması səbəbindən onun qurbanına çevrilir.

Metbuat.az xərçəng xəstəliyinin əlamətləri haqqında məlumatı təqdim edir.

Xərçəng növləri arasında ən geniş yayılmış ağciyər xərçəngidir. Ağciyər xərçəngi üz, boyun, qol və sinə hissədə şiş yarada bilir. Bu şiş beyindən ürəyə gedən damara təzyiq edir.

Xəfif ağrıdan ağır formaya qədər dəyişən sümük ağrıları isə sümük xərçənginin əlaməti ola bilər. Xərçəng böyüdükcə şikayətləriniz də böyüyəcək və demək olar ki, hərəkət etməkdə çətinlik çəkəcəksiniz.

Gündəlik işlərinizi görmək üçün özünüzdə yorğunluq, zəiflik, şişkinlik, hiss edirsinizsə, mədə bulantısı və qusma halları baş verirsə, bu xərçəng və digər xəstəliklərin xəbərçisi ola bilər.

Həkimlərin sözlərinə görə, uzun müddət davam edən öskürək ağciyər xərçənginin əlaməti ola bilər.

Hər hansı pəhriz saxlamadan və idmala məşğul olmadan arıqlamağa başlayırsınızsa, diqqətli olmalısınız. Xərçəng hüceyrələri bədənin enerji və protein əmələ gətirmə şəklini dəyişdirərək çəki itkisinə səbəb olur.

Qadınlarda qırmızı və bənövşəyi rəngdə, şişmiş və ya iltihablanmış döşlər, iltihablı döş xərçənginin əlaməti ola bilər. Bunun kimi hər hansı dəyişikliklər görürsünüzsə, mütləq həkimə müraciət edin.

Udma və ya yemək yeməkdə çətinlik çəkirsinizsə, boğaz xərçəngi ilə əlaqəli ola bilər. Eyni zamanda, ağciyər xərçənginin simptomlarından biridir. Boğazda boğuq səs və ya güclü təzyiq, treoid xərçənginin erkən əlaməti sayıla bilər.

Paylaş:
Загрузка...