DÜNYA

Bu da dünyanın ilk «ağıllı» polis bölməsi

Dünyanın ən bahalı polis maşınlarına sahib olan Dubay daha bir yeniliyə imza atıb.

İstiPress-in məlumatına görə, bu ölkədə dünyanın ilk «ağıllı» polis idarəsi açılıb. İdarə tamamilə avtomatlaşdırılıb.

Bu idarəyə gələnlər bütün xidmətlərdən avtomatlaşdırılmış şəkildə istifadə edə bilərlər. Məsələn, ərizə yaza, qəza və ya hər hansı qanun pozuntusu haqqında məlumat verə və s. Ümumilikdə xidmət sayı 60-a yaxındır.

Məlumata görə, «ağıllı» idarədə polislərlə ünsiyyət video əlaqə və elektron şəbəkə vasitəsilə olur. «Ağıllı» idarə 24 saat işləyəcək.

Gələcəkdə bənzər bölmələri şəhərin bütün rayonlarında yaratmağı düşünürlər. Dubayda düşünürlər ki, belə addımlar idarələrin iş yükünü azaldacaq. Bu həm də polis bölmələrində vaxt itirmək istəməyənlərin də işini asanlaşdıracaq.

Paylaş:
Загрузка...