DÜNYA

Bu nazirlər istefaya göndəriləcək — ADLAR

Gürcüstanda vəzifəsini itirək nazirlərin adları bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İnterpressnyus” agentliyi yayıb. Agentlik istefaya gedənlər arasında Təhsil naziri Aleksandr Cedjelava, İdman naziri Tariyel Xiçikaşvili, Ətraf Mühit naziri Qiqla Aqulaşvili, Avrointeqrasiya üzrə dövlət naziri Viktor Dolidze və Daxili İşlər naziri Georgi Mqebrişvilinin olacağını bildirib. Mqebrişvilinin yerinə İqtisadiyyat naziri Georgi Qaxariyanın təyin olunacağı gözlənilir.
Artıq Gürcüstan Xarici İşlər naziri Mixail Canalidze kadr dəyişikliyinin olacağını təsdiq edib.
Qeyd edək ki, hazırda Gürcüstan Nazirlər Kabinetinin iclası keçirilir.
Paylaş:
Загрузка...