DÜNYA

Bu ölkə İsraildən döyüş təyyarələri almaqdan imtina etdi

Argentina İsraildən “Kfir” döyüş təyyarələrini almaqdan imtina edib.

“Azeridefence” xarici mediaya istinadən xəbər verir ki, Təl Əviv ilə Buenos Ayres arasındakı müzakirələr dayandırılıb.

Bundan əvvəl, Argentina İsraldən 12-14 ədəd “Kfir Block 60” döyüş təyyarəsi almağı planlaşdırırdı. İsrail Aviasiya və Kosmik Sənaye şirkəti Argentinaya GE istehsalı olan J70 mühərrikli, “Elta Systems” istehsalı olan EL/M-2032 AESA radarı və müştəri istəyinə görə formalaşdırılacaq kabinə təklif edirdi.

İki ölkə arasında qırıcı alğı-satqısında qiymətə görə sazişin pozulduğu deyilir.

Bundan sonra, Argentinanın Fransadan altı ədəd ikinci əl təyyarə gəmisi üçün istehsal edilmiş “Dassault-Breguet Super Etendard” döyüş təyyarəsi alacağı bildirilir.

Qeyd edək ki, İsrail Aviasiya və Kosmik Sənaye şirkətinin təklif etdiyi “Kfir” döyüş təyyarələri təxminən 40 il əvvəl İsrail ordusunun arsenalına daxil olub.

Paylaş:
Загрузка...