DÜNYA

Bu ölkə qərar verdi — Şəhər mərkəzinə giriş 50 manat!

Birləşmiş Krallığın paytaxtı Londonda, şəhər mərkəzinə girişdə köhnə avtomobillərdən daha çox pul alınacaq. 11 funt-sterlinq olan şəhər mərkəzinə giriş ödənişi 21.5 funt-sterlinq (təxminən 50 manat) olaraq müəyyən olunub.

«Marja» «BBC Radio 4″ə istinadən xəbər verir ki,  London Bələdiyyə sədri Sadık Han, 2006-cı ildən əvvəl qeydiyyata alınmış vasitələrin şəhər mərkəzinə girişlərində alınan ödəniş 10 funt-sterlinq artırılaraq 21,50 funt-sterlinqə yüksəldildilib.

Qərarın paytaxtda bu gündən etibarən  tətbiqinə başlanıb.

Londonda 2006-cı ildən sonra qeydiyyata alınmış vasitələrə isə şəhər mərkəzində həftə içi 07.00-18.00 saatlarında 11,50 funt-sterlinq «maşın tıxacı ödənişi» tətbiq olunur.

Han, «Londonda hava çirklənməsi ilə əlaqədar bir böhranı var. Hər il təxminən 9 mindən çox insan hava çirklənməsi səbəbindən erkən yaşda həyatını itirir. Ciyərləri tam inkişaf etməmiş astmatik uşaqlar, bunama və ifliclə mübarizə aparan yaşlı xəstələr çirkli havadan birbaşa təsirlənirlər»,-ifadələrini istifadə edib.

Paylaş:
Загрузка...