DÜNYA

Bu robotlar dünyaya uşaq gətirə biləcək

Cinsi əlaqə üçün robotlar hazırlayan Serj Santos adlı ixtiraçı gələcəkdə bu robotların uşaq dünyaya gətirə biləcəyini açıqlayıb. «Qaynarinfo» xəbər verir ki, 16 illik həyat yoldaşı ilə birlikdə yaşayan ispan ixtiraçı bunun çox bəsit olacağını iddia edib. 

Həm süni intellekt mütəxəssisi, həm də elektron mühəndisi olan Santos bildirib ki, son hazırladıqları robortlar həqiqi qadınla müqayisə oluna biləcək üstünlüklərə sahibdir. Onun fikrincə, robortların insanların işini görə bilməsi və insanlarlarla evlənməsi qısa zaman sonra mümkün olacaq.
İxtiraçının sözlərinə görə, robotu bir genomla proqramlayaraq onu əxlaqi və ədalət kimi insana məxsus dəyərlərə sahib hala gətirmək mümkündür. Bu halda robotun dünyaya uşaq gətirməsinin çox asan olacağını deyən süni intellekt mütəxəssisi qurulucaq bir alqoritmlə insan və daha öncə proqramlaşdırdığı robotdan alınan xarakter xüsusiyyətlərini birlişdirərək üçüncü bir süni intellekt hazırlana biləcəyini və bunun 3D yazıcılarla bir bədənə köçürülməsinin mümkün olduğunu deyib. Santos 3D yazıcılarla uşaq dünyaya gətirə bilən robot hazırlamağın problem olmadığını bildirib.
Santos bildirib ki, həyat yoldaşı Maritsa Kissamitaki ilə evlərindəki robot onların evliliyini və cinsi həyatını gücləndirir, onlar həmin robotu çox sevirlər.
Robotların duyğusal əlaqələr qurmaq bacarağına sahib olduğunu deyən ixtiraçı son hazırladığı «Samanta» adlı robotun ailə, əyləncə, analiz, yuxu, sakitlik, məntiq, ədəbsiz və seks olmaqla 8 fərqli rejimə sahib olduğunu qeyd edib.
Barselonada yaşayan mühəndis robotların orqazm ola bildiyini və 3300 dollara satıldığını deyib.
Paylaş:
Загрузка...