DÜNYA

«Budlarıma toxundu» — 33 il sonra Oskarlı aktyorla bağlı etiraf

Amerikalı prodüser Harvi Vaynşteyn, kinorejissor Roman Polanski, Ceyms Tobak qalmaqalından sonra indi də aktyor Dastin Hofman ilə bağlı təcavüz iddiaları yayılmaqdadır.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bu iddia ilə Kathryn Rossetter çıxış edib. O, bildirib ki, 1983-85-ci illərdə aktyorla tərəf müqabili olan zaman Dastin ona toxunub. Olay «Death of a Salesman» tamaşası zamanı baş verib.

Aktrisanın iddilarına görə, Hoffman onun sənətə gəlməsinə kömək edib, hətta onun xanımı ilə də tanış olublar.

«Çikaqodakı performansım zamanı aktyor əlini ətəyimin altına saldı, budlarıma toxundu. Bu hadisə bir neçə dəfə təkrarlandı. Gecələr evə gedib, ağlayırdım».

Aktyor bu iddialarla bağlı açıqlama verməyib.

Qeyd edək ki, Dastin Hoffman «Rain Man» və «Kramer» filmindəki rollarına görə iki dəfə «Oskar» mükafatı alıb. Onun ən çox yadda qaldığı filmlərdən isə «The Graduate», «Hook» «Tootsie»ni misal göstərmək olar.

Paylaş:
Загрузка...