DÜNYA

“Burç FM” satışa çıxarıldı

Türkiyədə 10-dan çox telekanal və radio şirkəti satışa çıxarılıb.

Bu barədə Türkiyənin Dövlət Əmanətlərin Sığortalanması Fondu (TMSF) məlumat verib.

Satışa aşağıdakı telekanal və radiolar çıxarılıb:

«Azadi Amed Radyo-Azadi TV», «Jiyan TV», «Kanal Otuzbeş», «Hira TV», «Radyo Mehtap», «Radyo Küre», «Mc TV», «Samanyolu Haber», «Samanyolu Haber Radyosu», «Samanyolu TV», «Burç FM», «Mehtap TV», «Sem Haber Ajansı», «Haber Radyo Ege», «Tuna Shopping TV», «Yumurcak TV» və «DünyaTV»

Telekanal və radioların satışa çıxarılması səbəbi hələ bildirilmir.

Xatırladaq ki, bundan öncə «Samanyolu Haber», «Samanyolu Haber Radyosu», «Samanyolu TV» və «Burç FM» Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülən hərəkatının ideyalarının təbliğində təqsirləndirilirdi. //virtualaz.org

Paylaş:
Загрузка...