DÜNYA

Bütün dünya oteldə çəkilmiş bu görüntülərdən danışır — FOTO

Səudiyyə Ərəbistanında saxlanılan şahzadə və nazirlərin tutulduğu “Rits-Karlton” otelindən görüntülər sosial yayılıb.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Səudiyyə Ərəbistanda ötən gecə yaradılan korrupsiya komissiyasının ilk işi 11 şahzadə, vəzifədəki 4 nazir, iş adamları, o cümlədən xeyli sayda insanı nəzarətə almaq olub.

Nəzarətə alınanlar arasında tez-tez Bodruma səfər edən, 17 milyard dollarlıq sərvətiylə dünyanın sayılıb-seçilən zənginləri arasında yer alan Şahzadə Əl-Vəlid bin Tallal da var.

Saxlanılanların “Rits-Karlton”un Ər-Riyaddakı otelində tutulduğu iddia edilir. Otelin içindən çəkildiyi iddia edilən görüntülər sosial mediada yayılıb.

“Əl-Cəzirə”dən Saad Abedinenin paylaşdığı video və fotoları çox sayda izləyici “retweet” edib.

Görüntülərin həbs olunanların saxlanıldığı oteldə çəkildiyi iddia edilir.

 

Paylaş:
Загрузка...