DÜNYA

Cəzaçəkmə müəssisəsinin rəisi rüşvətə görə həbs olundu — Ermənistanda

Ermənistanın “Vanadzor” cəzaçəkmə müəssisəsinin rəisi Gevorq Mkrtçyan həbs olunub.

Virtualaz.org news.am saytına istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, G.Mkrtçyan xidməti vəzifəsindən sui-istifadə edərək, məhbuslardan davamlı olaraq rüşvət alırmış.

G.Mkrtçyanla yanaşı, müəssisənin əməliyyat üzrə rəisi, habelə əməliyyat zamanı rüşvət verən şəxs də saxlanılıb.

Paylaş:
Загрузка...