DÜNYA

Daha bir müsəlman ölkəsində niqab qadağan edildi

Mosulun şərq hissəsini İŞİD terrorçularından azad edən İraq silahlı qüvvələri, antiterror tədbirləri çərçivəsində qadınlara niqab taxmağı qadağan edib.

İstiPress-in məlumatına görə, Mosulun işğalı zamanı terrorçular qadınların geyindiyi və gözlərdən başqa hər yeri örtdüyü niqabı taxaraq terror aktlarını törətmişdilər.

Öz növbəsində İraq silahlı qüvvələrinin komandanlığı da üzünü qara material ilə örtən bir neçə İŞİD terrorçusunu saxlayandan sonra niqaba qadağa qoyub.

Qeyd edək ki, Mosulun şərq hissəsini İraq ordusu 2017-ci ilin yanvarında tamamilə İŞİD işğalından azad edib.

Paylaş:
Загрузка...