DÜNYA

Daha bir xanım Putinə RƏQİB OLDU — Dağıstanlı din xadiminin HƏYAT YOLDAŞIDIR

Bu ilin mart ayında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini deyən Rusiya prezidenti Vladimir Putinin daha bir rəqibi bəlli olub.

Publika.az xəbər verir ki, müsəlman jurnalist və Dağıstan baş müftisinin həyat yoldaşı, eyni zamanda, məsləhətçisi Ayna Qəmətova prezidentliyə namizədliyini irəli sürüb.

O, dünən Rusiya Mərkəzi Seçki Komitəsinə namizədlik sənədlərini təqdim edib. 46 yaşlı Ayna Qəmzətova Dağıstan Respublikasındakı bir qrup tərəfindən namizəd göstərilib. Buna görə də o, seçkilərə sərbəst formada qatılacaq. Qaydalara əsasən, A.Qəmətova namizəd ola bilmək üçün Rusiyanın bütün bölgələrindən ən az 300 000 imza toplamalıdır.

O, indidən Rusiyadakı müsəlmanlar və Almaniya, İran, İndoneziya, Bosniya və Hersoqovina kimi ölkələrin media qurumlarının dəstəyini qazanıb.

Paylaş:
Загрузка...